EN

Yeni qərar: Qarabağda kimlər güzəştli şərtlərlə ev ala biləcək?

"Bu qərar təkçə əslən Qarabağdan olan məcburi köçkünlərə deyil, bütün Azərbaycan vətəndaşlarına şamil olunacaq".

Publika.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na edilən dəyişikliyi şərh edərkən deyib.

Ekspert güzəştlərlə ev satışının çox maraqlı təklif olduğunu diqqətə çatdırıb:

"Bu, Qarabağın məskunlaşmasında öz rolunu oynayacaq. Amma şərtlər elan olunmayıb. Bu şərtlərin elan edilməsindən sonra nə qədər effekt verəcəyini görəcəyik. Azərbaycan vətəndaşlarının istədiyi yerdən ev almaq hüququ var. Bu səbəbdən düşünürəm ki, qərar bütün vətəndaşlara şamil olunacaq".

Chosen
28
4
publika.az

10Sources