EN

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, tədbir zamanı Orxan Qarayev və Polad Mehdiyev saxlanılıblar. Onların Salmanbəyli kəndi ərazisində yerləşən torpaq sahəsindən 70 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır. Pepperoni pizza


Telegram kanalımız
Chosen
400
43
yenisabah.az

10Sources