Son günlər dəniz sahilində çəkdirdiyi fotolarla gündəm olan Sərdar Ortaçın eks-həyat yoldaşı Chloe Loughnan müğənni ilə bağlı ona verilən sualları da cavablandırıb.
Tribunainfo.az xəbər verir ki, boşandıqdan sonra Türkiyədə yaşamağa davam edən irlandiyalı model Sərdar Ortaçla bağlı sualları cavablandırmaqdan bezdiyini bildirib:
“Sərdardan heç vaxt təzminat almadığım halda bu barədə hələ də danışılır. İllər keçib artıq. Mən işlərimlə məşğulam. Qarşıma baxıram. İnşallah Sərdar da həyatında xoşbəxt olar”.
Gözəl model hazırda Türkiyədə yayın dadını çıxarır. Onun çimərlik geyimində paylaşdığı fotolar xüsusilə türkiyəli izləyicilər tərəfindən bəyənilir.
Gülşən Rəsul