EN

Kanalda batan Dənizin meyiti tapıldı

Ağdaşda kanalda batan yeniyetmənin meyiti tapılıb.

Day.Az FHN-ə istinadən xəbər verir ki, dünən Şirvan kanalının Ağdaşın Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Kanalda batmış 2008-ci il təvəllüdlü Süleymanov Dəniz Nəsib oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, D.Süleymanov peşəkar idmançı olub və yaşıdları arasında alpaqut idmanı üzrə Azərbaycan çempionu imiş.

Chosen
5
2
day.az

10Sources