EN

Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək cüdoçularla görüş keçirilib

Bakı, 17 iyul, AZƏRTAC

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək cüdoçularla görüş keçirilib.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, görüşdə ACF-nin icraçı vitse-prezident Rəşad Rəsullu, qurumun prezidentinin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak edib.

Federasiya rəsmiləri idmançılara olan etimadı ifadə edərək, qarşıdan gələn mötəbər turnirdə uğurlu çıxış gözlədiklərini bildiriblər. Cüdoçulara yarış öncəsi tövsiyələr verilib, onlara uğurlar arzulanıb.

Qeyd edək ki, EYOF çərçivəsində cüdo yarışları iyulun 22-dən 26-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. İdman festivalında Azərbaycanı 12 çəki dərəcəsində 12 cüdoçu (6 oğlan, 6 qız) təmsil edəcək. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Chosen
50
5
azertag.az

10Sources