EN

Zelenskidən daha bir xanıma etimad: onu ABŞ-a səfir göndərir

Prezident Vladimir Zelenski Olqa Stefanişinanın Ukraynanın Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığın inkişafı üzrə xüsusi komissarı təyin edilməsi haqqında fərman imzalayıb.

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısı Telegram-da bildirib.

"Bu statusda Olqa Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizədliyinin Vaşinqtonla əlaqələndirilməsi üçün bütün müvafiq prosedurlar davam edərkən Amerika ilə münasibətlərdə təcil saxlamağa çalışacaq", - Zelenski qeyd edib.

Eyni zamanda o, Avropa və Avro-Atlantik inteqrasiya istiqamətində gördüyü işlərə görə Stefanişinaya təşəkkür edib.

Chosen
67
50
modern.az

10Sources