BAKI, 15 iyul. TELEQRAF
Təbriz" MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrlik etdiyi prosesdə şahid qismində Şahin Tapdıqov ifadə verib. O bildirib ki, Nofəl Hacıyevin tanısa da, Talış Məhəmmədovu tanımayıb. Onun sözlərinə görə zörərçəkmiş Fərhad Zəkriyevi və digər şəxsləri tanımayıb: "Mən 2018-ci ildə şirkətdən 110 kvadrat mənzil almışdım. Sonra imkanım olmadı, geri qaytarmaq üçün müraciət etdim. Əvvəlcə Nofəl müəllim imkan olmadığını dedi. Amma sonradan məni çağıraraq pulumu geri qaytardı. Mən evi heç kimə satmamışam. Mənzili qaytarmışam, Nofəl müəllimdə 95 min manat mənə ödəniş etdilər. Mən müqaviləni geri qaytardım, pulu götürərək getdim. Mənə pul lazım idi, ona görə də evi geri qaytarmaq qərarına gəldim. Çünki pula ehtiyacım var idi, borca düşmüşdüm". Hakimlər heyətin səsləndirdiyi sənədlərdən məlum olur ki, şirkət həmin mənzili 2018-ci ilin may ayında həmin mənzili Fərhad Zəkriyevə 154 min manata satıb. Məlum olur ki, bir mənzili bir ayın içində iki nəfərə müxtəlif qiymətlərə satıb. Daha sonra məhkəmədə məlum olub ki, mənzil daha sonra bir nəfərə də satılıb. Bu zərərçəkmiş Məmmədəli İsmayılovdur. Ş. Tapdıqov məhkəmədə deyib ki, həmin üçüncü şəxs onun evinə gəlib,, özünü prokurorluq işçisi kimi təqdim edib. Onların arasında mübahisə yaranıb. M. İsmayılov deyib ki, mənzili Ş. Tapdıqovdan 98 min manata alıb. Amma Tapdıqov israrla mənzili həmin şəxsə satmadığını, şirkətə geri qaytardığını deyib. Bu zaman onları arasında mübahisə yaranıb. Onlar bir-birlərini ittiham ediblər. Zərərçəkmiş Hüseyn Əliyev tərəfindən Nofəl Hacıyevə qarşı qaldırdığı mülki iddia elan olunub. O, ümumilikdə 90 min manat mülki iddia qeyd edib. Hakimlər heyəti mülki iddianı icraata qəbul ediblər. Hakim zərərçəkmiş Bayram Yusibovun nümayəndəsinin diqqətinə çatdırıb ki, müdafiə tərəfi onun dindirilməsini istəyib. Hakim həmin şəxsin məhkəmədə hazırda iştirak etmədiyi, gölməsəz məcburi gətirilmə qərarı çıxarıla bilər. Nümayəndə qeyd edib ki, B. Yusibovun vəziyyəti yaxşı deyil, bu səbəbdən məhkəmədə iştirak edə bilmir. Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov isə zərərçəkmişin səhəti ilə bağlı heç bir problem yoxdur. Vəkili həmin şəxsin məcburi qaydada məhkəməyə gətirilməsini istəyib. Məhkəmə zərərçəkmiş B. Yusibovun və digər bir neçə şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edilib. Növbəti proses iyulun 24-də davam edəcək. Qeyd edək ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 172 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib. Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni olmaqla yanaşı, mərkəzin şəriklərindən biri hesab olunur. İttihama görə, vətəndaşlardan toplanan vəsait “Atlant”ın təmir və tikinti işlərinə sərf olunub. Cinayət işi çərçivəsində “Atlant” İstirahət Mərkəzinin əmlakına həbs qoyulub. Əgər məhkəmə hökmü çıxarılarsa, bu əmlak zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər. “Atlant”ın sahibi Tahir Qədəşovdur. Məhkəmədə onun da məsuliyyətə cəlb olunması tələb edilmişdi. Bu vəsatət hələlik baxılmamış qalır. “Atlant” İstirahət Mərkəzi Nabran qəsəbəsində, dəniz sahilində yerləşir.