EN

Şıxlinskinin oğlu istintaq təcridxanasına göndərilib

Şıxlinskinin

Yekaterinburqun Leninski Rayon Məhkəməsi Ural bölgəsindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvala Şıxlinskini iki ay müddətinə istintaq təcridxanasına göndərib. O, dövlət məmuruna qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi) .İyulun 1-də “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında baş verən insident zamanı Mütvala Şıxlinski atasının saxlanılmasına mane olmaq istəyərkən avtomobili ilə FTX əməkdaşını vuraraq ona xəsarət yetirib. Şıxlinski hadisənin qəsdən olmadığını, təhlükəsizlik əməkdaşını görmədiyini və baş verənlərə görə təəssüf etdiyini bildirib .Onun vəkili Pavel Korobov həbsin qanunsuz və əsassız olduğunu qeyd edərək apellyasiya şikayəti veriləcəyini açıqlayıb.Qeyd edək ki, hadisə iyunun sonunda saxlanıldıqdan sonra dünyasını dəyişən Səfərov qardaşlarının işi üzrə aparılan istintaq çərçivəsində baş verib.Ulusum.az

Diqqət Çəkənlər

Xamenei ABŞ-a xəbərdarlıq etdi: Daha güclü zərbə mümkündür

Mask “flirt edən botlar” üçün mühəndis axtarır – illik 440 min dollar təklif edir

İsti hava boşanma riskini artırır – Psixoloqdan xəbərdarlıq

Chosen
81
ulusum.az

1Sources