EN

Bu ölkədə mədəniyyət naziri vəzifəsinə adam tapılmadı

Ukraynanın yeni Nazirlər Kabineti mədəniyyət naziri vəzifəsinə namizəd tapmayıb.

Publika.az xəbər verir ki, bunu sosial şəbəkələrdə Ali Radanın deputatı Oleksiy Qonçarenko qeyd edib.

"Görünür, hələ də mədəniyyət naziri tapmayıblar. Ukraynanın baş naziri Yuliya Sviridenko bu barədə heç nə deməyib", - deputat bildirib.

Sviridenkonun səsvermə üçün Radaya təqdim etdiyi yeni hökumətin siyahısında mədəniyyət nazirinin vəzifəsi qeyd olunmayıb. Əvvəlki kabinetdə Mədəniyyət Nazirliyinə Nikolay Toçitski rəhbərlik edib.

Chosen
37
2
publika.az

3Sources