Tramp Zelenskiyə Moskvanı vurmağı təklif edib.
Bu barədə “Financial Times” qəzeti yazır.
Bundan qabaq Tramp Rusiyaya sülh bağlamaq üçün 50 gün vaxt vermişdi. Əks halda o, 100% rüsum tətbiq edəcəyini bildirib.
Trampın bu təklifinin nə dərəcədə real olması ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Referans-a açıqlamasında danışıb.
“Rusiya və Amerika arasında diplomatik danışıqlar demək olar ki, dayanıb. Xüsusilə də, bu proses Rusiya-Ukrayna müharibəsi fonunda baş verib. Düşünürəm ki, artıq ABŞ prezidenti də Rusiyanın diplomatik danışıqları qəbul etmir və yalnız öz şərtlərini diqtə edir. Donald Tramp artıq diplomatik həll yolu olmadığını və yalnız hərb yolu ilə prosesləri dəyişə biləcəyini başa düşür. Ukraynaya silahların verilməsi qərarı artıq qəbul edilib. NATO xətti ilə Avropa ölkələri bütün silahları Ukraynaya satdıracaq”.
Politoloq qeyd edib ki, Moskvanın və Sankt-Peterburqun vurulması mümkündür.
“Belə silahlar Ukraynaya veriləcək. Hətta Ukraynanın özündə də Moskvanı vura biləcək yeni raketlər istehsal olunub. Amma təbii ki, bunun nəticələri mənfi ola bilər. Qarşılıq olaraq Rusiya Ukraynanın hökümət binalarını da bura bilər. Hələ ki, o mərhələyə gəlinməyib ki, Peterburq və Moskva vurulsun. Amma Rusiya Ukrayna üzərində hücumlarını davam etdirsə, belə bir qərarın verilməsi də mümkündür. Həmçinin Donald Tramp hesab edir ki, sırf təzyiqlər yolu ilə Vladimir Putini danışıqlar masasına əyləşdirmək mümkün olar. Buna görə də Moskva və Peterburqun vurulması məsələsi təsadüf deyil”.
Fidan Vəlisoy