EN

CNN: Tramp dünya iqtisadiyyatını çökdürə bilər

ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellı istefaya getməyə məcbur etməyə cəhd etməsi dünya iqtisadiyyatında böhran yarada bilər.

Ölkə.az xəbər verir ki, bu fikri "CNN" telekanalı səsləndirib.

Telekanalın qiymətləndirməsinə görə, belə bir hal FED-in əsas faiz dərəcəsini azaltmasından sonra qlobal maliyyə bazarlarında çöküşə səbəb ola bilər. Trampın fikrincə, Amerika iqtisadiyyatının faiz dərəcəsinin endirilməsinə ehtiyacı var, lakin maliyyə tənzimləyicisi bunu qəsdən etmir ki, ABŞ hökumətinin borclanma xərcləri yüksək səviyyədə qalsın.

Bu səbəbdən, əgər Pauell vaxtından əvvəl istefa versə, "CNN"in fikrincə, onun yerinə gələcək yeni FED rəhbəri Ağ Ev tərəfindən diktə olunan qərarı – faiz dərəcəsinin endirilməsini qəbul edəcək. Tramp administrasiyasının bu addımı ABŞ-nin nüfuzuna zərər vuracaq və investorların inamının azalmasına səbəb olacaq.

Qeyd edək ki, Tramp daha əvvəl dəfələrlə Pauellə qarşı sərt tənqidlər səsləndirib və onun vəzifədən uzaqlaşdırılmasına çalışacağını istisna etməyib. O, Pauellin istefasını ehtimal etmədiyini desə də, eyni zamanda "aparılan istintaq çərçivəsində dələduzluğa görə getməli olacağını" da bildirmişdi.

Həmidə İbrahimova

Chosen
75
46
olke.az

10Sources