EN

Avrokubok məşqçisi diqqətləri iki məqama yönəltdi: “Mümkündür”

“Araz-Naxçıvan”ın Konfrans Liqasındakı rəqibinin adına baxanda, təmsilçimizin mərhələ adlamaq şansı çətin görünür.

Naxçıvan təmsilçisi beynəlxalq arenalarda debüt edəcəksə, “Aris” bə mənada böyük təcrübəyə sahibdir.

Son 6 ildə mütəmadi olaraq avrokuboklara qatılıb, iki dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.

Heyətdə yer alan futbolçuların arasında yunanların sayı barmaqla sayılacaq qədər azdır. Əvəzində, kollektivdə 10-a yaxın ispan olmaqla 20-dən artıq legioner cəmlənib.

Maraqlıdır, “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev mərhələ adlamaq şanslarını necə dəyərləndirir? “Aris”i keçmək üçün nə(lər) etmək lazımdır.

Təcrübəli çalışdırıcı Sportinfo.az-a açıqlamasında inamlı danışıb:

“İndiki məqamda əsas məsələ təlim-məşq toplanışını necə keçməyimizdən asılıdır. Toplanışı yaxşı keçsək, rəqibə düzgün şəkildə yanaşsaq, uğurlu nəticə qazanmaq mümkündür.

Bəli, “Aris” güclü rəqibdir, müəyyən təcrübəyə sahibdir. Ancaq biz də qollarımızı yanımıza salmayacağıq. Mərhələ adlamaq üçün komandamız əlindən gələnin ən yaxşısını etməyə çalışacaq. Alınıb-alınmayacağını oyunlar göstərəcək”.

“Araz-Naxçıvan” Konfrans Liqasının II mərhələsində ilk matçını iyulun 24-də “Liv Bona Dea”da keçirəcək.

Cavab qarşılaşması bir həftə sonra Salonikidə gerçəkləşəcək.

HƏBİB

Chosen
120
50
sportinfo.az

10Sources