EN

“Zirə”nin futbolçusu faciəvi şəkildə həyatını itirdi

“Zirə” futbol klubunun akademiyasının üzvü, 16 yaşlı futbolçu Fərid Şahverdiyev bu gün faciəvi şəkildə həlak olub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klubun U-16 komandasının 2009-cu il təvəllüdlü üzvü Fərid bu gün Şüvəlan çimərliyində boğularaq həyatını itirib. Dostları ilə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş gənclərdən üçünü xilas etmək mümkün olsa da, xilasedicilər Fəridi dalğaların əlindən qurtara bilməyiblər.

Chosen
84
20
arena.az

10Sources