EN

“Sabah” Avroliqada mübarizəni dayandırdı - Yenilənib

Bu gün Avropa Liqasında ilk təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan kubokunun qalibi “Sabah” da bu turnirdə növbəti oyununa çıxacaq.

Paytaxt təmsilçisi səfərdə Sloveniyanın “Selye” komandası ilə üz-üzə gələcək. Masazırda keçirilmiş ilk oyunda 2:3 hesabıyla uduzmuş Valdas Dambrauskasın komandası revanş almağa və mərhələ keçməyə çalışacaq.

Qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Draqomir Draqanov olacaq.

Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
17 iyul

22:00. “Selye” – “Sabah”
Hakimlər: Draqomir Draqanov, Hristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov (Bolqarıstan).
“Selye Arena”.

***

Matç başladı.

***

9-cu dəqiqədə Coy-Lens Mikelsin vurduğu qolla “Sabah” hesabı açır - 0:1.

***

Kovaçeviç 19-cu dəqiqədə hesabı bərabərləşdirir - 1:1.

***

Vuklişeviç 49-cu dəqiqədə meydan sahiblərini hesabda önə çıxarır - 2:1.

***

Coy-Lens Mikels 63-cü dəqiqədə dubl edir - 2:2.

***

Mikels 67-ci dəqiqədə het-trikini rəsmiləşdirir - 2:3

***

Oyunun əsas vaxtı Azərbaycan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatdı. İki oyunun nəticəsinə görə ümumi hesab bərabər olduğundan, qalibi müəyyənləşdirmək üçün əlavə hissələr oynanılır.

***

108-ci dəqiqədə “Selye” Nikitanın vurduğu qolla ümumi hesabda yenidən önə çıxır.

***

İki oyunun ümumi nəticəsinə görə 6:5 hesabı ilə qalib gələn Sloveniya təmsilçisi adını növbəti mərhələyə yazdırır. “Sabah” isə Avroliqada mübarizəni dayandırır. 

Chosen
59
3
qafqazinfo.az

10Sources