EN

Slovakiya Rusiyaya qarşı sanksiyalar paketini dəstəkləməyə razılıq verdi

Slovakiya iyulun 18-də Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbul edilməsini bloklamayacaq.

Teleqraf xəbər verir ki, bu barədə respublikanın Baş naziri Robert Fitso “Facebook” sosial şəbəkəsində dərc edilmiş videomüraciətində bildirib.

"Mən Avropa İttifaqındakı (Aİ) nümayəndələrimizə 18-ci sanksiyalar paketinə mane olmamaq üçün təlimat verirəm", - Slovakiyanın Baş naziri bildirib.

Fitso qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyaları bloklamağa davam etmək, Avropa Komissiyası ilə enerji resursları üzrə danışıqlara mənfi təsir göstərə bilər.

Daha əvvəl Fitso bildirmişdi ki, Avropa Komissiyası Slovakiyaya Aİ rəhbərliyinin Rusiya qazının tədarükündən tamamilə imtina etmək planları ilə əlaqədar müəyyən zəmanətlər verib.
Chosen
59
50
sherg.az

10Sources