ABŞ Prezidenti Donald Tramp ayaqlarında "şişlik" və bir qolundakı göyərmələrə görə tibbi müayinədən keçib.
Missiya.Az xəbər verir ki,müayinə zamanı Trampda 70 yaşdan yuxarı insanlarda rast gəlinən xroniki damar xəstəliyi aşkar edib.
Ağ Evin mətbuat katibi Caroline Leavitt brifinq zamanı Trampın həkiminin müayinənin təfərrüatlarını əks etdirən qeydini paylaşıb.
Tramp ultrasəs müayinəsindən və qan damarlarının diaqnostik tədqiqatını əhatə edən “hərtərəfli müayinədən” keçib. Müayinə zamanı məlum olub ki, 79 yaşlı Trampın xroniki venoz çatışmazlığı var.
Klivlend Klinikasına görə, bu vəziyyət insanın ayaqlarındakı damarlar qanı ürəyə geri qaytarmaqda çətinlik çəkərək onun yığılmasına səbəb olduqda baş verir.
Elcan
Missiya.Az