EN

Azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı...


Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarılıb. Bunu RBK-ya Rzayev özü deyib.

O, deportasiya olunmadığını, məhkəmənin qərarı ilə məcburi əməyə məhkum edildiyini bildirib.

“Readovka” Telegram kanalı FSB əməkdaşının Rzayevin Rusiya vətəndaşlığından məhrum edilməsi barədə qərarını oxuduğu videonu da yayıb. FSB-nin məlumatına görə, R.Rzayev cəmiyyətdə “siyasi və sosial sabitliyə mənfi təsir göstərən” və ölkənin “milli təhlükəsizliyinə” təhlükə yaradan əməllər törədib.

Onun ruslara qarşı təhqiramiz ifadələr işlətdiyi iddiası ilə Rusiya pasportundan məhrum edildiyi bildirilir.

Bildirilir ki, Rzayevin 2024-cü ilin mayında Sergey Prixodko adlı rusiyalı döyüşçüyə qalib gəldiyi görüşdən sonra insident baş verib. Azərbaycanlı döyüşçü Artur Kulinski adlı rusiyalı döyüşçü ilə əlbəyaxa olub, onu “rus donuzu” adlandırıb, lakin sonradan bu ifadəyə görə üzr istəyib.

Rusiya Boks Federasiyası Rzayevi yarışdan kənarlaşdırıb və yaranmış vəziyyətlə bağlı Baş Prokurorluğa şikayət edib.

Bu hərəkətdən sonra azərbaycanlı döyüşçünün sonradan aldığı Rusiya vətəndaşlığı məhkəmənin qərarı ilə ləğv edilib.

TAHİR

Chosen
28
baki-xeber.com

1Sources