EN

Rusiyalıların yarıdan çoxu Trampın hədələrinə inanır | VİDEO

AzVision.az xəbər verir ki, Rusiyanın “Novosti Mail” media-qurumunun apardığı sorğunun nəticələri belə reallığı əks etdirib. Skeptiklərin 20%-i bunun dəqiq, 26%-i isə böyük ehtimalla belə olmayacağını düşünür.

Eyni zamanda, rəyi soruşulanların tən yarısı Trampın Rusiyaya qarşı sərt tariflər tətbiq edəcəyinə inanır. Respondentlərin daha 4%-i bu suala cavab verməyib.

Bundan başqa, Trampın Rusiyaya qarşı sərt ritorikasının fonunda rusların 36%-i ABŞ-nin Kiyevə hərbi yardımının tam şəkildə yerinə yetiriləcəyini bildirib. Sorğuda iştirak edənlərin31%-nin fikrincə, Vaşinqton çox güman ki, Ukraynanın silah ehtiyaclarını qismən ödəyəcək. Onların 28%-i isə Kiyevə silah çatdırılmalarının gecikdiriləcəyini bildirib.

The Hill: “Moskva Trampın ultimatumuna məhəl qoymur”| VİDEO
Araşdırma 15-16 iyul tarixlərində “Novosti Mail” layihəsinin oxucuları arasında aparılıb. Sorğuda Rusiyanın 50-dən çox regionundan 22 mindən çox respondent iştirak edib.

Xatırladaq ki, iyulun 14-də Rusiya-Ukrayna münaqişəsi ilə bağlı açıqlamasında rusiyalı həmkarıVladimir Putindən “çox narazı” olduğunu deyən ABŞ prezidenti Donald Tramp Moskvaya ultimatum verib: Əgər 50 gün ərzində hərbi əməliyyatlar dayandırılmasa, ABŞ Rusiya və tərəfdaşlarına 100% ikinci dərəcəli rüsumlar tətbiq edəcək.

Amma Amerikanın bəzi nəşrlərinin iddiasına görə, Rusiya Donald Trampın ultimatumuna məhəl qoymur.


Sahil İsgəndərov
AzVision.az
Chosen
112
36
azvision.az

10Sources