EN

İsrail Suriyanın Sveyda əyalətini yenidən bombaladı

Dünən Dəməşq rəhbərliyi ilə yerli silahlı qruplar arasında atəşkəsin əldə edildiyi Suriyanın cənubundakı Suveyda əyalətində bədəvi ərəblərlə druz qrupları arasında qarşıdurma yenidən başlayıb, İsrail döyüş təyyarələri bədəvi qruplarına zərbələr endirib.

Turkustan.az xəbər verir ki, əsasən druzların məskunlaşdığı Sveyda bölgəsində səhər saatlarında yerli silahlı qrupların çoxlu bədəvi ərəb ailəsini silah gücü ilə evlərindən çıxarması, bəzilərinin ölməsi və yaralanması, axşam saatlarında isə silahlı qarşıdurmaya çevrilməsi ilə gərginlik artıb.

Silahlı bədəvi ərəb qrupları druz qrupları ilə toqquşaraq Suveydanın qərbində yerləşən Mezrea, Tayra, Sama Hanidat, Sama, Eldor, Taara, Devriyye və Karasa kəndlərini geri alıb.

Bu arada bir çox İsrail PUA-ları Suriya səmasında kəşfiyyat və müşahidə apararkən, Türkiyə vaxtı ilə saat 20:40-da döyüş təyyarələri bədəvi ərəblərin nəzarətinə keçən Mezraa kəndinə hava hücumu təşkil edib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
34
turkustan.az

1Sources