EN

“Səbail”i Portuqaliya klubuna dəyişdi

“Səbail”dən ayrılan Madi Quetanın yeni klubu müəyyənləşib.

Msport.az xəbər verir ki, Qvineya-Bissau millisinin yarımmüdafiəçisi Portuqaliyaya qayıdıb.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən 26 yaşlı cinah oyunçusu son il yarımda Azərbaycanda çıxış edib. “Portu”nun yetirməsi bu dəfə “Penafiel”lə anlaşıb. Queta yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Madi Queta ötən mövsüm “Səbail”in heyətində ölkə çempionatında 32 oyun keçirib, 3 qol vurub. Komanda axırıncı yeri tutaraq Premyer Liqanı tərk edib.

Chosen
54
35
msport.az

10Sources