EN

INTOSAI Azərbaycanın iqlim dəyişikliyi və rəqəmsal texnologiyalar üzrə təşəbbüslərini yüksək qiymətləndirib

Azərbaycanın iqlim dəyişikliyi və rəqəmsal transformasiya sahəsində təşəbbüsləri təqdirəlayiqdir.

“Report” xəbər verir ki, bunu INTOSAI sədrliyini təmsil edən Jorje Antonio De Oliveira Francisko Bakıda keçirilən Asiya Ali Audit Orqanları Təşkilatı (ASOSAI) ilə Ərəb Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) birgə toplantısında deyib.

O bildirib ki, Azərbaycanın iqlim dəyişikliyi və rəqəmsal texnologiyalar sahəsində nümayiş etdirdiyi təşəbbüslər, eləcə də beynəlxalq əməkdaşlığa verdiyi töhfə yüksək qiymətləndirilir.

“Bu kimi platformalar ali audit qurumlarının qarşılıqlı öyrənməsi və fəaliyyətlərinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Gəlin birgə əməkdaşlığı davam etdirək, innovasiyaları təşviq edək və cəmiyyətlərimiz üçün daha güclü gələcək quraq”, - deyə o qeyd edib.

Chosen
110
report.az

1Sources