Rusiyanın keçmiş baş naziri Sergey Stepaşin Vladimir Zelenskinin 1991-ci il sərhədlərinə qayıtmaq çağırışlarını şərh edib.
Publika.az xəbər verir ki, o, bu barədə "RİA Novosti"yə danışıb.
Siyasətçi xatırladıb ki, Ukrayna özü SSRİ-nin dağılmasına səbəb olan "Belovej" sazişlərinin imzalanmasında iştirak edib.
Stepaşin vurğulayıb ki, 1922-ci ildə Ukrayna SSR Kiyevin indi özününkü hesab etdiyi ərazilərsiz - Kiçik Rusiya, Odessa, Xarkov, Krım və Sevastopolsuz Sovet İttifaqının yaradılması haqqında müqavilə imzalayıb.
Stepaşin sonda Ukrayna prezidentinə xitab edib: "Yoldaş Zelenski, yoxsa, cənab Zelenski, eşidirsən məni? Qayıdaq! Onlar tarixi bilmirlər!"