EN

Sülh sazişi sentyabrda BMT tədbiri zamanı imzalana bilər – Partiya sədri

Azərbaycan – Ermənistan, Türkiyə – Ermənistan arasında sazişlərin, sənədlərin imzalanması, rəsmi əlaqələrə, normallaşma prosesinə start verilməsi, bu gün həmişəkindən daha çox vacibdir. Azərbaycan, öz ərazi bütövlüyünü və suverenleyini bərpa etməklə Kremlin bölgəyə ən böyük təsir alətini “sındırıb-atdı” – indi rəsmi Bakı, həm də rəsmi İrəvan Moskva ilə münasibətlərdə daha rahat və müstəqil davrana bilirlər. Bu rahatlığı, müstəqilliyi, bu vəziyyəti fiksə etmək üçün sülh danışıqları bu il yekunlaşmalı, sənədlər imzalanmalıdır.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə REAL Partiyasının sədri Natiq Cəfərli çıxış edib. O bildirib ki, bunun üçün sentyabr ayı çox uyğun görünür – bu il sentyabrın 9-da Nyu-York şəhərində BMT-nin Baş Assamblyeyasının açılışı olacaq, 23 sentyabrda isə dünya liderlərinin, ölkələrin rəsmi şəxslərinin iştirakı ilə ənənəvi tədbirin açılışı olacaq. Prezident İlham Əliyev və baş nazir Paşinyan, çox güman ki, o tədbirə gedəcəklər:

“Faktiki olaraq ABŞ ərazisi, amma beynəlxalq hüquqqa görə neytral salıyan BMT-nin Nyu-Yorkdakı binasında, Trampın iştirakı və bütün dünyanın gözü qarşısında sənədlər imzalana bilər. Bu addım, həm bütün gözlətilərə cavab verər, həm də dünya miqyaslı pozitiv hadisəyə çevrilə bilər. Trampın iştirakı diqqəti artırmaqla yanaşı, ABŞ administrasiyasının, “daha bir sülhə nail olduq”, kimi PR-na da şərait yaradar. Qoy PR etsinlər, xoşlayırlarsa, bu da bizə uyğundursa, Tramp bu addımı da öz ayağına yaza bilər.

Azərbaycan-Ermənistan sənədləri imzalanan kimi, Türkiyə də Ermənistan ilə sərhədlərini açacaq, diplomatik münasibətlər qurulacaq, ticarət əlaqələri yaranacaq – bütün bunlar da, Azərbaycanın dövlət maraqlarına tam uyğundur”.

Partiya sədri buldirib ki, Prezident Əliyev və Azərbaycan hökuməti sülh sazişindən, tarixi uğurdan sonra artıq daxili iqtisadi, sosial problemlərin həllinə köklənməlidir:

“Son illər yaradılan və biznes üçün yükə, bağa çevrilən aşırı tənzimləmə, nəzarət orqanları ləğv edilməli, kiçik-orta sahibkarlıq əsas prioritet elan edilməlidir. Yeni vergi və gömrük məcəlləsi qəbul edilməli, vergilər-rüsumlar azaldılmalıdır.

Azərbaycan toplumunun Dövlətin və Xalqın birgə qazandığı tarixi zəfərdən sonra gözləntiləri var – biznes nəfəs almaq istəyir, vergilərin, rüsumların azalacağını gözləyir, bunun əvəzinə isə nəzarətedici, biznesin gününü qara edən qurumlar artdı (məsələn, “AQTA”, daha bir neçəsini saya bilərəm) , cərimələr yüksəldi, iş görmək üçün şərait pisləşdi. Belə olmaz”.

Gülşən Rəsul

Chosen
45
16
tribunainfo.az

8Sources