EN

Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin təlim kurslarına start verilib

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kurslarının keçirilməsi” layihəsinin icrasını davam etdirir.

QHT.az xəbər verir ki, 16 iyul 2025-ci il tarixində Bakı şəhərinin Yasamal rayonu Bayırşəhər ərazisində yerləşən tarixi Zərgərpalan hamamında Layihə çərçivəsində təlim kurslarının həyata keçirilməsinə başlanılıb. Təlim kursları hər birində 15 iştirakçı olmaqla iki qrup üzrə təşkil olunub. İştirakçılar müvafiq qoruqların, muzeylərin, təhsil müəssisələrinin nümayəndələri və mədəni irsin qorunmasında digər maraqlı şəxslərdən ibarətdir. Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilməsi nəzərdə tutulan 8 günlük təlim kursları mədəni irsin qorunmasına həsr olunmuş 16 fərqli mövzunu əhatə edir.

Təlimin ilk günlərində “Mədəni İrs Ustad Məktəbi kursuna giriş” (Prof.Dr. Qafar Cəbiyev), “Zərgərpalan hamamı: beynəlxalq tədqiqat və konservasiya missiyası” (Prof.Dr. Luigi Scrinzi), “Mədəni irsin qorunması sahəsində milli və beynəlxalq tənzimetmə” (Məleykə Hüseynova), “Azərbaycanın tarix-mədəniyyət qoruqları” (Dos.Dr. Günel Seyidəhmədli), “Azərbaycanın qeyri-maddi mədəni irsi” (Prof.Dr. Şikar Qasımov) və “Muzeylər mədəni irsin keşiyində” (Dr. Nəzmin Cəfərova) mövzusunda dərslər keçirilib. Növbəti günlərdə “Mədəni irs abidələri üzərindəki epiqrafik tədqiqatlar”, “Dünya yaddaşı: əlyazma irsi”, “Tarixi-mədəni irsin rəqəmsallaşdırılması”, “Fövqəladə hallarda mədəni irsin qorunması”, “Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti”, “Mədəni irs turizmi”, “Memarlıq abidələrinin bərpası və konservasiyası”, “Bərpa layihələrinin hazırlanması və uğurlu təcrübələr”, “Bərpa və konservasiyada materiallar” və “Mədəni irs abidələrində arxeoloji tədqiqatlar” mövzusunda təlimlər keçiriləcək.

Qeyd edək ki, Layihə “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi”nin yaradılması vasitəsilə cəmiyyətin mədəni irs sahəsində maarifləndirilməsinə yönəlmişdir. Layihə çərçivəsində ali, orta-ixtisas və ümumtəhsil müəssisələri, eləcə də elmi qurumlardan maraq qrupları arasında mədəni irs sahəsində savadlılığın təşviq edilməsi nəzərdə tutulur. Bu məqsədlə yerli və beynəlxalq səviyyədə tanınan ekspertlərin iştirakı ilə tədris proqramı və vəsaiti hazırlanmış, həmçinin 4 təhsil müəssisəsinin şagird, tələbə və müəllim heyəti üçün müxtəlif mövzular üzrə seminarlar keçirilmişdir. Həmçinin Layihənin tədbirlər planına əsasən, tədris vəsaitinin nəşri və Kütləvi Açıq Onlayn Kursların (MOOC) təşkili nəzərdə tutulur.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Chosen
6
2
qht.az

3Sources