EN

Kreml Rusiyaya qarşı 18-ci sanksiyalar paketinə münasibət bildirib

“Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni 18-ci sanksiyalar paketi Avropanın ardıcıl anti-Rusiya xəttini göstərir”.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

"Biz dəfələrlə demişik ki, bu cür birtərəfli məhdudiyyətləri qanunsuz hesab edirik. Biz onlara qarşıyıq", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Rusiya artıq toxunulmazlıq əldə edib və məhdudiyyətlər altında həyata uyğunlaşıb. 

Peskov qeyd edib ki, hər bir yeni sanksiyalar paketi onun müəlliflərinə çətinliklər əlavə edir. 

O bildirib ki, yeni sanksiyalar paketi onun nəticələrini minimuma endirmək üçün təhlil ediləcək.

Daşqın HəsənovMissiya.Az

Chosen
60
45
missiya.az

10Sources