EN

Suriya ilə bağlı ŞOK XƏBƏRDARLIQ - Təcili bəyanat yayıldı

ABŞ Dövlət Departamenti münaqişənin yaşandığı Suriya üçün ən yüksək səviyyə sayılan "4-cü səyahət xəbərdarlığı"nın qüvvədə qaldığını açıqlayıb.

Paytaxt.org  CNN-ə istinadən xəbər verir ki, Dövlət Departamenti bu barədə X sosial media hesabında açıqlama yayıb.

Həmçinin ABŞ vətəndaşlarını bölgəni tərk etməyə çağırıb.

Bəyanatda bölgəni tərk edə bilməyənlərin təhlükəsiz yerə sığınmaları tövsiyə olunub.

***

İyulun 13-də Suriyanın cənubunda silahlı druz qrupları ilə bədəvi ərəblər arasında başlayan, Suriya təhlükəsizlik qüvvələri ilə İsrailin iştirak etdiyi qarşıdurma və hücumların şahidi olan 6 gün ərzində bölgədəki mülki əhali humanitar böhrana sürüklənib.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, toqquşmalar zamanı elektrik naqilləri zədələnərək bölgəni böyük ölçüdə işıqsız qoyub.

Hazırda elektrik enerjisi olmadığından su nasosları yararsız vəziyyətə düşüb, sakinlər quyu suyundan istifadə edə bilmirlər.

Döyüşlər səbəbindən bağlanan bazar və çörək sexləri hələ də açılmayıb. Çörək istehsalının dayanması insanların əsas ərzaq ehtiyaclarını ödəməsini qeyri-mümkün edib və rayonda un da tapılmır.

Suveydadakı səhiyyə ocaqları da həm elektrik kəsilməsi, həm də təhlükəsizlik problemləri səbəbindən fəaliyyət göstərə bilmir.

Chosen
154
1
paytaxt.org

3Sources