EN

Rəsmi Bakı: Suriyanın siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik

Azərbaycan Xarici İşlər Nazirliyi Suriya - İsrail qarşıdurmasına reaksiya verib.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, bununla bağlı XİN-in mətbuat katibi Ayxan Hacızadə yerli medianın suallarını cavablandırıb.

O bildirib ki, rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir:

"Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik. Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir".


Chosen
65
35
news24.az

10Sources