Böyük Britaniya Rusiyanın kəşfiyyat orqanlarının üzvü olmaqda ittiham etdiyi 18 şəxsə sanskiya tətbiq edib.
APA xəbər verir ki, bu barədə Britaniya XİN məlumat yayıb.
Yerli mətbuat, sözügedən şəxslərin gizli bomba əməliyyatlarında, qəsdən yanğın törətməkdə, Avropada müxtəlif inrastrukturlara ziyan vurmaqda, həmçinin genişmiqyaslı kiber hücumlar törətməkdə ittiham olunduğunu bildirir.
Sanksiyaya məruz qalan şəxslərin Rusiyanın hərbi kəşfiyyatı olan QRU üçün işlədiyi məlum olub.
Onların arasında Britaniyada yaşayan keçmiş rus kəşfiyyatçısı Sergey Skripal və onun qızı Yulia Skripala qarşı sui-qəsdin iştirakçıları da var.
Qeyd edək ki, 2018-ci ilin mart ayında Rusiyanın xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Sergey Skripal və onun qızı Yulia Skripal Britaniyada kimyəvi silah hesab olunan maddə ilə zəhərlənib.