EN

Məhkəmə Cənubi Koreyanın keçmiş prezidentinin həbsini qüvvədə saxlayıb

Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-yolun həbsinin qanuniliyinin yoxlanılması ilə bağlı vəsatəti rədd edərək onu həbsdə saxlayıb.

Operativ Media xəbər verir ki, bu haqda Yonhap xəbər agentliyi məlumat yayıb.

Yun Sok-yol 2024-cü il dekabrın 3-də baş vermiş hərbi vəziyyət hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində 2025-ci il iyulun 9-da həbs edilib. Keçmiş prezidentin müdafiə komandası onun həbsinin həm maddi, həm də prosessual baxımdan “qanunsuz və əsassız” olduğunu iddia edir.

Sabiq dövlət başçısına Nazirlər Kabinetinin iclasında baş vermiş qanunsuzluqlarla bağlı sənədləri saxtalaşdırma, dövlət orqanlarının öz vəzifələrini yerinə yetirməsinə mane olmaq və sübutları məhv etməyə cəhd də daxil olmaqla beş maddə üzrə ittiham irəli sürülüb.

Chosen
111
36
operativmedia.az

10Sources