EN

ADAU-da MATE professorları tərəfindən elmi-praktiki təlimlər keçirilib - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və “Agro Dairy” şirkətinin birgə təşkilatçılığı ilə Macarıstanın Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetindən (MATE) dəvət olunan mütəxəssislərin iştirakı ilə elmi-praktiki təlimlər həyata keçirilib.

"Unikal" xəbər verir ki, iki günlük proqram çərçivəsində ADAU-da keçirilən seminar və “Agro Dairy” şirkətinin təsərrüfatında baş tutan sahə təlimlərində iştirakçılara bitki mühafizəsi, alaq otlarının identifikasiyası, xəstəliklərin izlənməsi və müasir mübarizə üsulları barədə əyani və nəzəri bilgilər verilib.

Təlimlər tələbələr, müəllim heyəti və sahə mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb və elmi biliklərin istehsalatla uzlaşdırılması baxımından əhəmiyyətli təşəbbüs kimi dəyərləndirilib.

Chosen
74
50
unikal.az

10Sources