Bakıda həyat yoldaşın öldürməyə cəhd etməkdə ittiham olunan "Referans" klinikasının Mərdəkan filialının direktoru Vasif Kərimovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Yasamal Rayon Məhkəmədə istintaq orqanın təqdimatı təmin olunub.
Məhkəmənin qərarı ilə V. Kərimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, hadisə “Yüksəliş” MTK-nın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsi 133/135 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın qarajında baş verib.