EN

Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilmişdir...

İyulun 18-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Qızıldaş qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirib. Görüşdə yerli sakinlərlə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak ediblər.

Səyyar qəbul zamanı ümumilikdə 60-a yaxın qəsəbə sakini iştirak edib. Onlardan 10 nəfəri fərdi qaydada dinlənilib və səsləndirilən məsələlərin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Bəzi müraciətlər yerindəcə həllini tapıb.
Sakinlər ölkə rəhbərliyinə – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya – əhalinin sosial rifahının yaxşılaşdırılması, problemlərin operativ həlli istiqamətində göstərilən diqqət və qayğıya görə dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən digər yaşayış məntəqələrində də mütəmadi olaraq vətəndaşlarla səyyar görüşlər keçiriləcək.

Poliqon.info

Chosen
84
1
poliqon.info

2Sources