EN

Mişel Platini öz evində qarət edilib

UEFA-nın keçmiş prezidenti Mişel Platini Marsel şəhəri yaxınlığındakı evində qarət edilib.

Moderator.az xəbər verir ki, bu barədə RTL telekanalı məlumat yayıb.

Platini evinin bağçasından gələn səs-küy eşidib və nə baş verdiyini yoxlamaq üçün çölə çıxanda qara paltarlı, maskalı bir adam görüb. Bundan sonra naməlum kişi yoxa çıxıb.

Platini naməlum şəxsin 20-yə yaxın medal və kuboku oğurladığını aşkar edib. Dəymiş ziyanın məbləği hələ müəyyən edilməyib, 70 yaşlı Platininin özü isə xəsarət almayıb.

Marsel polisi hadisə ilə bağlı araşdırmalara başladığını bildirib.

Xatırladaq ki, 1984-cü ilin Avropa çempionu və 3 dəfə "Qızıl top"un sahibi olan Platini 2007-2015-ci illərdə UEFA prezidenti vəzifəsində çalışıb.

Chosen
39
2
moderator.az

5Sources