“Qarabağ” komandası futbolçusu Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, son üç mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 24 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib.
2022-ci ilin yanvarında Ağdam təmsilçisinə keçən Rüstəm komandanın heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.