EN

Akopyan saxlanıldı

Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Akopyan 2025-ci il iyulun 1-də verdiyi müsahibədə hakimiyyətin zorakılıqla ələ keçirilməsi çağırışlarını açıq şəkildə səsləndirib.

Bu gün ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci bəndi ilə cinayət işi açılmışdı.
Chosen
80
1
sherg.az

10Sources