Çexiya marixuananı cinayət hesabından çıxarıb.
İnterpress.az xəbər verir ki, Prezident Petr Pavel Cinayət Məcəlləsinə düzəlişləri imzalayıb.
İndi sakinlər üçdən artıq marixuana bitkisi yetişdirə, evdə 100 qrama qədər çətənə saxlaya, küçədə isə 25 qrama qədər marixuana saxlaya bilərlər.
100-200 qram və ya 4-5 kol üçün cərimə tətbiq olunacaq və bundan artıq hər şey cinayət sayılır.
Xuraman Etibarlı
İnterpress.az