EN

"Sabah"ın "Petrokub"la oyunlarının saatı və hakimləri

"Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Petrokub"la (Moldova) keçirəcəyi oyunların başlama saatları və hakimləri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, iyulun 24-də Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək ilk qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Oyunu İsraildən olna hakimlər briqadası idarə edəcək. Qal Leiboviç matçın baş hakimi olacaq. Ona Omer Barbiro və Yossi Babayoff kömək edəcəklər. Dekel Zino dördüncü hakim funksiyasını yerinə yetirəcək.

İyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək cavab görüşü isə saat 20.00-da başlayacaq. Bu görüşü isə serbiyalı hakimlər idarə edəcək. Baş hakim Danilo Nikoliç olacaq.Milan Şutuloviç və İvan Mikalaçki köməkçi, İvan Stamenkoviç isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər.

Chosen
56
13
football-plus.az

10Sources