EN

“Forsaj-3” filmindəki avtomobil rekord qiymətə satıldı - FOTO

“Forsaj-3” filmində rol almış məşhur Mazda RX-7 avtomobili rekord qiymətə satılıb.  Avtosfer.az xəbər verir ki, ABŞ-da eçirilən hərracda müştəri avtomobilə 1,2 milyon dollar ödəyib. Bu, “Forsaj” filmlərində çəkilmiş, lakin salamat qalmış azsaylı avtomobillərdəndir. 1992-ci ildə istehsal edilmiş avtomobil rotor mühərriklə təchiz edilib. 
Qeyd edək ki, “Forsaj-1” filmində rol almış Toyota 2021-ci ildə hərracda 550 min dollara satılmışdı.

 

Vüqar

FOTO QALEREYA
Chosen
36
avtosfer.az

1Sources