EN

Maştağada əməliyyat: İstixanada çətənə kolları aşkarlandı

Maştağa qəsəbəsində yerləşən bağ sahələrinin birində narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, əməliyyat zamanı bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında narkotik maddə - çətənə kollarının əkildiyi müəyyən olunub.

Bitkilərin kultivasiyası ilə məşğul olan 35 yaşlı Rəşad Həsənov saxlanılıb. Pepperoni pizza

Həmin şəxsə məxsus istixanaya baxış zamanı yaş halda çəkisi 881 kiloqram 415 qram olan 2 066 ədəd narkotik tərkibli çətənə kolu və 485 qram marixuana aşkarlanıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Həsənov saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.


Telegram kanalımız
Chosen
30
13
yenisabah.az

10Sources