EN

Balakəndə avtomobil yaşlı qadını vuraraq öldürdü

İyulun 18-də saat 20 radələrində Balakən rayonunun Mahamalar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Oruc Yekəyev idarə etdiyi “Ford Transit” markalı avtomobili geriyə hərəkət etdirərkən 1954-cü il təvəllüdlü piyada Pitimat Eminovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı polis orqanında cinayət işi başlanıb, istintaq aparılır.

Chosen
60
16
avtosfer.az

10Sources