EN

Balakəndə geriyə hərəkət edən avtomobil piyadanı vuraraq öldürüb

Balakəndə avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Mahamalar kəndində baş verib.

Belə ki, axşam saatlarında kənd ərazisində Oruc Yekəyev idarə etdiyi "Ford Transit" markalı avtomobili geriyə hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Pitimat Eminovanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.

Chosen
42
12
far.az

10Sources