EN

Dayanacaq təmir olunmuşdur

Lerik rayon sakini,  yeniyetmə idmançı 16 yaşlı Xəyyam Abayevin  bacarığına  indi Türkiyə xalqı da yaxşı bələddir. Qardaş ölkədən filmə çəkilmək  təklifi  alan lerikli yeniyetmə artıq  peşəkar idmançıların belə çətinliklə  etdikləri  hərəkətləri asanlıqla  yerinə  yetirir. 

Onun idmançı olmaqda əsas məqsədi gələcəkdə filmlərdə kaskadyor kimi çıxış etmək olub. Hazırda isə o, daha mürəkkəb fəndlər üzərində çalışır.

Xəyyam 4 yaşından idmanın qaydasız döyüş növü üzrə məşğul olur. Onun ilk müəllimi atası - Lerikdə 10 ilə yaxındır idman müəllimi kimi çalışan Rizvan Abayevdir. Xəyyamdan uğurlarının sirrini soruşanda dedi ki, hər şey düzgün məşqdən asılıdır: "Atamla dəfələrlə məşq edirik, alınana qədər dayanmıram. Əgər məşq edirəmsə, bu o deməkdir ki, həmin hərəkət mütləq alınmalıdır. Bəzən hərəkəti  20-50 dəfə təkrarlamaq lazım gəlir, bəzən isə birdəfəyə  alınır. Bu, fənddən  asılıdır".

Türkiyədən filmə çəkilmək təklifinə gəldikdə isə atasının sözlərinə görə, bir neçə xarici ölkədən Xəyyamın filmlərdə kaskadyorluq etməsi ilə bağlı təklif gəlib. Amma Xəyyam qardaş Türkiyəni seçib. Hazırda rejissorla ilkin danışıq aparılıb. İşin uğurlu alınması  üçün Xəyyam öz üzərində gərgin məşq edir. 

Qeyd edək ki, Xəyyam Abayev gələcək təhsilini də məhz idman sahəsində davam etdirmək istəyir. 

Zəfər ORUCOÜLU, 

Lerik rayon sakini

1Sources