EN

Goranboyda yük maşını aşdı

Goranboyda yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində yerləşən körpünün üzərində baş verib. Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü F.İsgəndərov idarə etdiyi KamAZ-la hərkətdə olan zaman yük maşını aşıb. Qəza zamanı xəsarət alan olmasa da yük avtomobilinə ziyan dəyib, yük yerində olan ot bağlamaları yola dağlıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
26
27
unikal.az

10Sources