Pyer-Emerik Obameyanq karyerasını Fransada davam etdirəcək. O, “Əl-Qadisiyyə” klubu ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib və azad agent statusu alıb.
İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı hücumçunun xidmətində Səudiyyə Ərəbistanının digər klubu “Əl-İttifaq” maraqlı olsa da, o, Avropaya qayıtmaq qərarına gəlib və əvvəlki klubu “Marsel”i seçib.
Tərəflər artıq iki illik müqavilə barədə razılığa gəliblər. Keçidin yaxın günlərdə rəsmi olaraq təsdiqlənməsi gözlənilir.