EN

Rusiyadakı Azərbaycan diasporu LƏĞV OLUNA BİLƏR

"Moskva vilayətindəki Azərbaycan diasporu çox güman ki, dağılacaq, çünki indiki şəraitdə heç kim orada işləmək istəmir".

XəzərNews.az xəbər verir ki, bunu Rusiya KİV-ə açıqlamasında Rusiya Federasiyasından deportasiya edilən təşkilatın rəhbəri Elşən İbrahimov deyib.

"Bu, milli təhlükəsizliyə təhdiddir. Diaspora çox güman ki, dağılacaq, çünki indiki vəziyyətdə heç kim işləmək istəmir", - deyə o qeyd edib.

Qeyd edək ki, Elşən İbrahimov Rusiya ilə münasibətlərin pisləşməsi fonunda iyulun 4-də guya ölkədə olma qaydalarını pozduğuna görə saxlanılaraq vətəndaşlıqdan məhrum edilib. Daha sonra Rusiyadan deportasiya edilib.

Xəbər 14 dəfə oxunub.
Chosen
36
50
xezernews.az

10Sources