EN

Universiada: Azərbaycanlı taekvondoçu 1/8 finalda mübarizəni dayandırıb

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada Azərbaycan taekvondoçuları bu gün mübarizəyə qoşulublar.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Səlimə Quliyeva (46 kq) ilk döyüşündə Nigeriya təmsilçisi Şukurat Abdulsalama qalib gələrək 1/8 finala yüksəlmişdi.

Lakin bu mərhələdə o, braziliyalı Culiya Silva Nazarioya məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, digər üç idmançımız isə ilk döyüşlərində məğlub olublar: Leyla Bəşirova (57 kq) macar Luka Patakfalviyə, Xıdır Məmmədov (54 kq) Makao təmsilçisi Yek-Hey Çana, Vaqif Hacıyev (68 kq) isə alman Yona Pörşə uduzub.

İdman.biz

Chosen
52
1
idman.biz

2Sources