Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyev iyulun 18-də “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.
Valyuta.az xəbər verir ki, fəaliyyətə başlayan tütün məmulatlarının istehsalı müəssisəsinin investisiya dəyəri 58 milyon manatdır.
Hazırda fabrikdə 400 nəfərlik daimi iş yeri yaradılıb. Rəsmi məlumatda qeyd olunur ki, burada 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur.
İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir.
Hazırda “Tabaterra” MMC həm yerli, həm də “British American Tobacco” və “Japan Tobacco International” şirkətlərinə məxsus xarici brendlərin ixracını həyata keçirir.
Operativ Media-nın araşdırmasına görə, “British American Tobacco” şirkətinin məşhur brendlərinə "Kent" və "Pall Mall" kimi siqaret markaları, “Japan Tobacco International” şirkətinin brendlərinə isə "Winston", "LD", "Sobranie", "More" və "Camel" kimi siqaretlər daxildir.