EN

Suriya hakimiyyəti bu ərazidə təhlükəsizlik qüvvələrini yerləşdirdi

Suriya hakimiyyəti druz qüvvələri ilə bədəvi qəbilələri arasında baş verən qanlı toqquşmalardan sonra ölkənin cənubundakı Əs-Suveyda əyalətində daxili təhlükəsizlik qüvvələrini yerləşdirməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Suriya TV Suriya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nurəddin əl-Babanın bəyanatına istinadən məlumat yayıb.

“Cinayətkar qruplar tərəfindən törədilən qanlı hadisələrdən sonra və Respublika Prezidentinin göstərişi ilə daxili təhlükəsizlik qüvvələri əsas məqsədi mülki əhalinin müdafiəsi və xaosa son qoymaq olan ümummilli missiyanın bir hissəsi kimi Əs-Suveyda əyalətinə yerləşdirilməyə başlayıb”, - deyə məlumatda bildirilir.

Daxili İşlər Nazirliyinin sözçüsü iddia edir ki, dövlət bütün siyasi və təhlükəsizlik strukturları ilə Suveydada təhlükəsizlik və sabitliyin bərpası üçün səylərini davam etdirir.

Xatırladaq ki, Suriyanın keçid prezidenti Əhməd Əl Şaraa ölkədə hərtərəfli atəşkəs elan edib.

Chosen
279
13
publika.az

8Sources