İsrail Müdafiə Ordusu (ÇAXAL) son sutka ərzində Qəzza zolağında radikal qruplaşmalara məxsus 90 hərbi hədəfi bombalayıb.
Sitat.info xəbər verir ki, məlumatı ordunun mətbuat xidməti yayıb.
Bildirilib ki, hücum edilən obyektlər sırasında hərbi qurğular, terrorçular tərəfindən istifadə olunan binalar və yeraltı obyektlər yer alıb.