Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Universiadasında stolüstü tennis üzrə yarışlar davam edir.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, qarışıq cütlükdə Azərbayca tennisçiləri Nihad Səmədzadə və Səbinə Məmmədova kanadalılar T.Yunq və Xi Liuya 3:1 hesabı ilə uduzublar.
Fərdi yarışda Nigar Mahmudova hindistanlı Suxana Sainiyə (3:0), Səbinə Məmmədova isə Nidrland idmançısı Şuohan Menə (3:0) məğlub olub.
Qeyd edək ki, daha sonra Nihad Səmədzadə, Tural Mirzəyev və Zemfira Mikayılova görüşlərini keçirəcəklər.
İdman.biz